NAMAZ VAXTLARI:
  • FƏCR 03:40
  • GÜN 05:20
  • ZÖHR 12:37
  • ŞAM 20:14
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qətər Qəzzada reabilitasiya və protezləmə xəstəxanası açıb - FOTO

Oxundu: 104
Qətər Qəzzada reabilitasiya və protezləmə xəstəxanası açıb - FOTO

Qətərin İnkişaf Fondu İsrail tərəfindən blokadaya salınmış Qəzza ərazisində reabilitasiya və protezləmə xəstəxanası açıb.

İslaminSesi-nin aa.com.tr-yə istinadən verdiyi xəbərə görə, şeyx Həmid bin Xəlifə əs-Saninin şərəfinə adlandırılmış xəstəxananın açılış mərasimində, həmçinin, Qətər İnkişaf fondunun direktoru Xəlifə əl-Kuvari iştirak edib.

 

Əl-Kuvari qeyd edib ki, 100 nəfərlik xəstəxananın ərazisi 12 min kv m təşkil edir.

 

Onun sözlərinə görə, kompleks tərkibinə dünya standartlarına uyğun olan fizioterapiya, protezləmə və surdologiya bölmələri daxildir.

 

Qəza Səhiyyə Nazirliyinin nümayəndəsi Yusuf Əbu Riş fələstin anklavının inkişafına etdiyi töhfə üçün Qətərə təşəkkürünü bildirərək, qeyd edib ki, Qəzzanın səhiyyə sektoru Dohanın yardımı sayəsində hələ də funksionaldır.

 

Qeyd edək ki, xəstəxana 2012-ci ildə Doha tərəfindən Qəzzanın bərpasına ayrılan 407 milyon dollar hesabına tikilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system