NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 180
Qəribə təzad: Ərəb naziri İsraili dəstəkləyir, Britaniya rəsmisi pisləyir

Qəribə təzad: Ərəb naziri İsraili dəstəkləyir, Britaniya rəsmisi pisləyir

Britanyanın Bəhreyndəki sabiq səfiri nazir Xalid bin Əhməd Ali-Xəlifənin “İsrailin özünü qorumağa haqqı var” fikrini tənqid edib.

İslaminSesi.info xəbər verir ki, Britaniyanın Bəhreyndəki sabiq səfiri Piter Ford Bəhreyn hakimiyyəti yanında məsləhətçi vəzifəsindən istefa verib.

 

O verdiyi müsahibədə Bəhreynin XİN başçısının “İsrailin özünü qorumağa haqqı var" sözündən narahat olduğunu dilə gətirib.

 

O bildirib ki, Xalid bin Əhmədin vəzifəsindən kənarlaşdırılması üçün Bəhreynin daxilində olan etirazlır yersiz deyil və o bəhreynlilərin etirazlarını yaxşı başa düşür. O lavə edib ki, Bəhreyn hakimiyyəti vətəndaşlarını və dünya ictimaiyyətini daxili problerindən yayındırmaq üçün İran müdaxiləsini olduqca qabardır.

 

“Mən Bəhreyn xarici işlər nazirinin İsraili müdafiə etməsini özü də ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanında bunun baş verməsinə görə naümid oldum. Bunun eyni zamanda baş verməsini başa düşmək necə mümkündür. Bəs ərəb rəsmiləri Bəhreyn XİN başçısının İsraili müdafiə etməsinə necə baxırlar?!” deyə Britaniyanın sabiq səfiri narahatlığını bildirib.

 

Qeyd edək ki, Suriya Ordusu 10 gün öncə işğal edilmiş Colan Yüksəklilərində İsrailin mövqelərinə raket atmışdı (cavab olaraq). Daha sonra Bəhreynin XİN başçısı İsrailin Suriyaya və İrana cavab verməkdə haqlı olduğunu bildirmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system