"Qərbin əsas strategiyası Türkiyə və Rusiyanı savaşdırmaq olub" - Tarixçi

Oxundu: 149

Türkiyə və Sovetlər Birliyinin bir-birinə ehtiyacı var idi, tarix təbii bir ittifaq yaratmışdı. Hər iki ölkə də əməkdaşlıq edərək uğura nail oldu.

İslaminSesi xəbər verir ki, bu açıqlama ilə türkiyəli professor, tarixçi Məhməd Perinçək çıxış edib.

 

"Türkiyə və Rusiyanın tarixinə baxdıqda, bir eyniyyətlə qarşılaşırıq. Nə vaxt Türkiyə və Rusiya rəqabət aparıbsa, ya da savaşıblarsa, hər iki ölkə bu vəziyyətdən zərərli çıxıb. Rusiya-Türkiyə müharibəsinin qalibi hər zaman Qərb ölkələri olub. Hətta Osmanlı dövrü də daxil olmaqla, Qərbin regiondakı planlarını həyata keçirməkdə əsas strategiyası Türkiyə və Rusiyanı savaşdırmaq olub. Həm Türkiyə və Rusiya savaşanda bu potensial ittifaq əngəllənib, həm də hər iki ölkə müharibə nəticəsində zəif düşüb. Bu şəkildə də Qərb ölkələri öz planlarını bölgədə rahat bir şəkildə həyata keçirmək imkanı əldə edib.

 

Əlbəttə, bu vəziyyətin tərsi də olub. Belə ki, iki ölkənin əməkdaşlıq etdiyi vaxtlarda Oktyabr İnqilabı və İstiqlal Savaşı uğurla nəticələnib", - Perinçək qeyd edib. /Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system