Qərbi Afrikada kilsəyə hücum - Ölənlər və yaralananlar var

Oxundu: 55
Qərbi Afrikada kilsəyə hücum - Ölənlər və yaralananlar var

Burkina Faso dövlətinin şərqində kilsəyə edilən silahlı hücum nəticəsində 14 nəfərin öldürüldüyü, çox sayda insanın yaralandığı bildirilir.

İslaminSesi xəbər verir ki, hadisə Foutouri rayonunun Hantoukoura məntəqəsindəki protestant kilsəsində baş verib.

 

Rəsmi orqanlar hücum nəticəsində rahib də daxil olmaqla, 14 nəfərin həlak olduğunu, çox sayda insanın yaralandığını bildirib.

 

Burkino Fasoda terror təşkilatlarının təşkil elədiyi hücumlar nəticəsində ötən 4 il ərzində 600 nəfərdən artıq insan həlak olub. Terrorun artması səbəbindən ölkənin bir sıra ərazilərində 2019-ci il yanvarın 1-də fövqəladə vəziyyət elan edilmişdi. Hazırda ölkənin 13 rayonunun 7-də fövqəladə vəziyyət hökm sürür./Hurriyyet.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system