“Qərbdə seçkiləri Rusiya keçirir” - Hillari Klintondan Boyük Britaniyanı silkələyəcək açıqlama

Oxundu: 62
“Qərbdə seçkiləri Rusiya keçirir” - Hillari Klintondan Boyük Britaniyanı silkələyəcək açıqlama

ABŞ-ın keçmiş dövlət katibi “BBC”-yə verdiyi müsahibədə deyir ki, Böyük Britaniya hökumətinin hələ də Rusiyanın Britaniya siyasətinə müdaxiləsi barədə hesabatı dərc etməməsi "izaholunmaz və ayıb bir işdir". Hökumət sözügedən hesabatı 12 dekabr seçkisindən sonra açıqlamaq istəyir.

"Bu ölkədə (Böyük Britaniyada) səs verən hər kəs seçki baş verməzdən əvvəl bu hesabatdan xəbər tutmağa layiqdir", - ABŞ prezidentliyinə keçmiş namizəd belə deyib.

 

Böyük Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin məruzəsində Rusiyanın Böyük Britaniya demokratiyasına qeyri-qanuni müdaxiləsi araşdırılır. Mart ayından hazır olan məruzənin təqdimatı isə bilərəkdən gecikdirilir. Ortada casusluq, təxribat və seçkilərə müdaxilə ilə bağlı iddialar var.

 

Qızı ilə birlikdə kitab almaq üçün İngiltərəyə gələn Hillari Klinton əmindir ki, Rusiya Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün (Brexit) 2016-cı ildə keçirilmiş referenduma və 2017-ci ildə isə ümumi seçkinin nəticələrinə təsir edib. Və bu təsirlə bağlı sübutlar var.

 

"Rusiyanın seçkilərə müdaxiləsi heç bir şübhə doğurmur, biz bunu ABŞ-da da gördük. Avropada da bu təsir açıq görünür. Rusiya bu cür müdaxilə ilə Qərb demokratiyasına yeni forma verməyə çalışır. Bu isə bizim yox, onların xeyrinədir".

 

Demokratların prezidentliyə namizədi olmuş xanım Klinton ABŞ-da 2016-cı ildə keçirilmiş seçkidə respublikaçı namizəd Donald Trampla qarşılaşıb. O, öz məğlubiyyətini Rusiya amili ilə izah edir: “Ruslar Amerikanın seçki sisteminə daxil olublar və oradan çıxmaq fikrində deyillər"./Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system