NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 225
Qəddafinin oğlu Liviya prezident seçkilərində iştirak edə bilər

Qəddafinin oğlu Liviya prezident seçkilərində iştirak edə bilər

Liviya Respublikasının keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkə prezidenti seçkilərində iştirak etmək hüququna malikdir. İslaminSesi.info xəbər verir ki, bu barədə Ria Novostiyə Liviya parlamentinin Nümayəndələr Palatasının spikeri Əqilə Saleh bildirib.

"Biz aministiya haqqında və siyasi təcridin ləğv edilməsi haqqında qanun qəbul etmişik. İndi qanunla təqib edilməyən hər bir Liviya vətəndaşı namizədliyini irəli sürə bilər. Seyf əl-İslamın xalq arasında məşhur olub-olmamasını səsvermə üçün olan qutu göstərəcək", - deyə siyasətçi bəyan edib.

 

Qeyd edək ki, Qəddafinin oğlunun prezidentliyə namizədliyini irəli sürəcəyini elan edəcəyini ötən ilin dekabrında Qəddafinin ailə nümayəndəsi əl-Haşimi əs-Sul bildirmişdi.

 

Liviya isə Müəmmar Qəddafinin 2011-ci ildə hərbi münaqişə nəticəsində devrilməsindən sonra dövlət hakimiyyəti kimi parçalanma və böhran dövrünü yaşayır. Seyf əl-İslam isə Beynəlxalq cinayət məhkəməsinin axtarışındadır, onun yaxalanması barədə order 2011-ci ildə verilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system