NAMAZ VAXTLARI:
  • FƏCR 05:38
  • GÜN 06:58
  • ZÖHR 12:25
  • ŞAM 18:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qazaxıstanda yanan avtobusda həlak olan 52 nəfərin qurtula bilməməsinin səbəbi açıqlanıb

Oxundu: 511
 Qazaxıstanda yanan avtobusda həlak olan 52 nəfərin qurtula bilməməsinin səbəbi açıqlanıb

Avtobusda çoxlu miqdarda ehtiyat yanacaq daşına bilərdi

Bu gün səhər Qazaxıstanın Aqtöbe vilayətinin Irğız rayonunun "Samara-Çimkənd" yolunda «İkarus» markalı sərnişin avtobusunda 52 nəfərin faciəvi şəkildə həlak olması ilə nəticələnən yanğının mümkün baş vermə səbəbləri açıqlanıb.

 

İslaminSesi.info "Sputnik Qazaxıstan"-a istinadla xəbər verir ki, departamentin mətbuat xidmətinin nümayəndəsi Vitaliy Cinev bildirib ki, ilkin məlumata görə, yanğının baş verməsinə səbəb qısa qapanma olub. 

 

"Avtobus dayanıb, bütün sürücülər avtobusdan qaçıb. Adamlar çıxışa doğru qaçmağa başlayıb, lakin yan qapı bağlı olub", — Sinev deyib.

 

Avtobusda həmçinin böyük miqsdarda yanacaq aparıla bilərdi, ona görə də avtobus dərhal alovlanıb. Yanacağın avtobusda daşınmasının səbəbi yol boyu yanacaqdoldurma məntəqəsindən istifadə etməmək üçün ola bilərdi.

 

Bundan əlavə qeyri-rəsmi versiyaya görə, avtobusun standart quruluşu dəyişdirilə bilərdi ki, bu səbəbdən də sərnişinlər pəncərədən çıxa bilməyiblər. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system