NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

Oxundu: 2368
Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları

Sosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb. Virtualaz.org xəbər verir ki, bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir.

 

Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryan Tavuş vilayətinin Berdavan kəndinin mülki sakinidir. Heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etməyib, çünki xidmətə yararsızdır. Və 2013-cü ildən etibarən xüsusi müalicə müəssisəsində qeydiyyatdadır. Erməni tərəfinin bəyanatlarına əsasən Karen Kazaryanın əqli cəhətdən qüsuru var.

 

 

Lakin “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi xəbərlər” qrupu Karen Kazaryanın əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin formasında və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotolarını yayıb. Həmin fotolara əsasən Kazaryan əlində avtomat postda növbə çəkir. Digər fotoda isə o xüsusi təyinatlıların avtomobilinin qarşısında dayanıb. Başqa fotoda isə Kazaryanı erməni hərbi jurnalist və kinorejissor Arшak Zakaryanın da yer aldığı qrupun əhatəsində görmək olar. Bu fotolar çox güman ki, Kazaryanın sosial şəbəkə hesablarından götürülüb. Ermənistan Müdafiə Nazirliyi və XİN isə Kazaryanın ağıldankəm mülki sakin olduğu haqda bəyanatlar verməzdən əvvəl bu fotoların yığışdırılmasını yaddan çıxarıb.

 

Necə deyərlər,  Ermənistanda bu dəfə baltanı daşa vurublar...

 

 

 

 

Virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system