NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 185
Qazaxda iki top mərmisi tapılıb

Qazaxda iki top mərmisi tapılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən yanvarın 19-da Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Alpout kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

"İslaminSesi.info" xəbər verir  APA-ya bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əməliyyat Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system