NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb

Oxundu: 204
Qaxda dağlıq ərazidə yıxılan çoban ölüb

Qaxda çoban yüksək dağlıq ərazidə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

"İslaminSesi.info" -nın məlumatına görə, hadisə ötən gün Böyük Qafqaz dağlarının rayonun İlusu kəndi yaxınlığından keçən hissəsində mürrəkkəb relyefli yüksək dağ massivində baş verib.

 

Çobanlıqla məşğul olan Qax şəhər sakini Radiq Eldar oğlu Əsgərov ərazidə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

 

R.Əsgərovun meyiti ərazidən FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi və Aviasiya dəstəsinin "Mi-17" helikopteri tərəfindən götürülüb.

 

Məlumata görə, R.Əsgərov ötən gün İlisu kəndində olub. O, dağa geri qayıdarkən İlisu ərazisində spirtli içki içib və hadisə baş verən zaman sərxoş olub. 

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system