NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

QAT “Erməni saxtakarlığı və real tarix” mövzusunda Dəyirmi Masa keçirib

Oxundu: 217
 QAT “Erməni saxtakarlığı və real tarix” mövzusunda Dəyirmi Masa keçirib

Qarabağ Azadlıq Təşkilatı “İrəvan şəhəri: Erməni saxtakarlığı və real tarix” mövzusunda Dəyirmi Masa keçirilib

İslaminSesi - Bu gün İrəvan Komitəsi Təşəbbüs qrupunun təşkilatçılığı ilə “İrəvan şəhəri: erməni saxtakarlığı və real tarix” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbir ermənilərin İrəvan şəhərinin tarixini saxtalaşdırmaq, “qədim erməni şəhəri” kimi təqdim etmək, İrəvan şəhərinin guya 2800 illiyini qeyd edərək dünya birliyini aldatmaq cəhdlərinin ifşasına həsr olunub.

 

 Tədbiri İrəvan Komitəsi Təşəbbüs qrupunun rəhbəri Tofiq Həsənov açaraq, məqsədləri, gördükləri işlərlə bağlı məlumat verib, İrəvan xanlığının 1811-ci ildə Rusiyada hazırlanmış xəritəsinin ermənilər tərəfindən saxtalaşdırılmasının qarşısının alındığını, orjinala uyğun Azərbaycan, rus, ingilis və digər dillərdə çap olunduğunu, yayıldığını qeyd edib, bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirib, birlikdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu işlərin əhəmiyyətini qeyd edib, bildirib ki, İrəvan xanlığının həqiqi tarixi geniş miqyasda təbliğ olunmalı, İrəvan şəhərinin tarixinin ermənilər tərəfindən saxtalaşdırılmasına yol verilməməli, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır. Qərbi Azərbaycana Qayıdış Hərəkatının sədri Rizvan Talıbov bildirib ki, Qarabağ və Qərbi Azərbaycan təşkilatları birgə fəaliyyət göstərməli, Qərbi Azərbaycana (Ermənistana) qayıdış məsələsi dövlət siyasəti səviyyəsinə qaldırılmalı, biz də bu siyasətə dəstək verməliyik.

 

 Dəyirmi Masa iştirakçılarından Sərdar Ünsal, Şaiq Süleymanov, Hacı Qəhrəmanov, Əli Vəliyev, Yaşar Əhmədov, Sahib Musayev, Arif Məhərrəmov və digərləri çıxış edərək təkliflərini veriblər.

 

Sonda İrəvan şəhərinin həqiqi tarixi ilə bağlı beynəlxalq təşkilatlara müraciət göndərilməsi qərara alınıb.

 

QAT Mətbuat Xidməti.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system