NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 111
QAT erməni deputatlara etiraz olaraq aksiya keçirib

QAT erməni deputatlara etiraz olaraq aksiya keçirib

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü erməni deputatların Bakıya səfərinə etiraz olaraq aksiya keçirib.

İslaminSesi APA-nın xəbərinə istinadən bildirir ki,  aksiya iştirakçıları ermənilərin də qatıldığı tədbirin keçirildiyi Milli Məclisin qarşısında toplaşaraq, “Rədd olsun işğalçı Ermənistan nümayəndələri!”,  “Erməniləri dəvət edənlərə ar olsun!”, “Ermənilər Bakını dərhal tərk etsinlər!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar. Aksiya iştirakçıları erməni bayrağını ayaqları altına alaraq tapdalayıblar, polislər bayrağı yandırmağa imkan verməyiblər. Polislər aksiyanın qarşısını alaraq, iştirakçıları ərazidən zorla uzaqlaşdırıblar.

 

Aksiya iştirakçılarının yaydığı bəyanatda bildirilir ki, erməni deputatların Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasına dəvət olunmaları, onların iştirakına şərait yaradılması şəhidlərimizin ruhlarına təhqir, bütün Azərbaycan xalqına xəyanətdir: “Nə qədər ki, torpaqlarımız işğal altında, qız gəlinlərimiz əsirlikdə, Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi soydaşlarımız girovluqdadır, ermənilərin hər hansı ad altında Azərbaycana, paytaxtımıza gətirilməsi yolverilməzdir. Bu praktikaya bir dəfəlik son qoyulmalıdır. Biz işğalçı Ermənistan rejiminin təmsilçilərini, bu həyasız deputatların dərhal konfransdan çıxarılmasını, onların Azərbaycandan dərhal getmələrini tələb edirik”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system