NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qasim Süleymani Trampa İnstaqramda cavab verdi: "Qumarbaz Tramp, mən sənin rəqibinəm" - Foto

Oxundu: 274
Qasim Süleymani Trampa İnstaqramda cavab verdi:

İslaminSesinin Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani ABŞ Prezidenti Donald Trampın Tvitter açıqlamasına cavab verib. Mənbə: http://eastnews.org/news/30519

 

Donald Trampın Tvitterdən "Yeni sanksiyalar noyabrın 5-də gəlir" açıqlamasına general Qasim Süleymani rəsmi İnstaqram səhifəsindən cavab verib.     İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı

Trampa cavab olaraq, "Qumarbaz Tramp, mən sənin rəqibinəm. Siz bizim üçün yol göstərirsiniz? Bunun üçün İran Silahlı Qüvvələrinin hamısına ehtiyac yoxdur, Qüds gücü və mən kifayət edərik. Düşünməyin ki, biz gecə yatırıq və sizin barənizdə düşünmürük. Bilin ki, o yerdə ki düşünmürsünüz, biz orada sizə yaxınıq. Heç təsəvvür etmədiyiniz yerdə sizə yaxınıq. Biz şəhidlər və İmam Hüseyn (ə) xalqıyıq. Biz sizi gözləyirik, bu meydanın kişiləriyik.

 

Bu müharibə bütün imkanlarınızı məhv edəcək. Sizə düşündüyünüzdən daha yaxınıq. Bu savaşı siz başlaya bilərsiniz, amma sonunu biz müəyyənləşdirərik. Buna görə də İran xalqına və prezidentinə xəyanət etməyin", - deyə bildirib.    

 

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general-mayor Qasım Süleymani bundan əvvəlki açıqlamasında Trampa xitab edərək, "Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi qalxıb bizimi təhdid edirsiniz?" - deyə söyləmişdi.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system