NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qasim Süleymani ilə Ərdoğan arasında Ankarada görüş keçirilib

Oxundu: 937
Qasim Süleymani ilə Ərdoğan arasında Ankarada görüş keçirilib

İslaminSesi xəbər verir ki, Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasim Süleymaninin ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü barədə məlumat yayılıb

İslaminSesi xəbər verir ki, Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general-mayor Qasim Süleymaninin ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü barədə məlumat yayılıb.  

 

Bu barədə Türkiyənin “Qüds TV” televiziya kanalının jurnalisti İslam Özkan öz Tvitter səhifəsində məlumat verib.  

 

O bildirib ki, özünün də qatıldığı konfransda Fələstinin HƏMAS müqavimət hərəkatının idarəedicilərindən biri olan Əli Bərəkət çıxış edərək, ötən il Qasim Süleymani ilə Rəcəb Tayyib Ərdoğanın Ankarada görüşünü təşkil etdiyini açıqlayıb. Əli Bərəkət görüş zamanı tərəflərin razılığa gəldiyini qeyd edib.  

 

HƏMAS lideri əldə olunan razılaşmanın bəzi qərb ölkələrinin Suriya müxalifəti üzərində təzyiqi səbəbiylə uğursuzluğa düçar olduğunu sözlərinə əlavə edib.  

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system