Qarşılıqlı ittihamlardan qurtulun, böyük və müqəddəs savaşa hazırlaşaq! - Dilavər Əzimli yazır

Oxundu: 289
Qarşılıqlı ittihamlardan qurtulun, böyük və müqəddəs savaşa hazırlaşaq! - Dilavər Əzimli yazır

Ölkədə azad mətbuatın güncə sıxışdırılması nəticəsində söyüş mətbuatı önə çıxdı

Təhqirlər, bir-birini ittiham etmələr... Bu ərəfədə Ermənistan mətbuatını daha çox izlədim. İzlədim ki, orada da bunlar baş verirmi? Baş vermədi! Əksinə, orada bizə qarşı yeridilən ardıcıl “siyasət” daha da gücləndı. Bizdə isə Dağlıq Qarabağ yaddan çıxdı. Şəxsi maraqlar, söyüş ritorikası. Buradan söydülər, xaricdən cavab aldılar. Xaricdən söydülər, buradan cavab aldılar. Bizim jurnalistika dünyada yeni jurnalistikanın əsasını qoydu.

 

Sizcə, bu cür tərbiyələnmiş jurnalistlərə dövləti etibar etmək olarmı? Əlbəttə yox! Çünki bu jurnalistika lazım olsa Rusiyanı da, Ermənistanı da təbliğ edəcəkdir. Necə ki, bəzi televiziya kanallarında, informasiya mənbələrində edirlər. Onların danışığından belə çıxır ki, “20 yanvarı” da, “Xocalı” faciələrini bu millət özü törədib və Rusiya ilə Ermənistanın günahı yoxdur.

 

Yadıma 1920-ci illərdən sonrakı proseslər düşdü. Kommunistlər bütün günahı Azərbaycan Cümhuriyyətinin üzərinə atdılar. Onları əksinqilabçı müsavatçılar adlandırdılar. Əslində, o zaman hakimiyyətdə müsavatçılar bir bölük şəklində təmsil olunurdular. Parlamentdə “Daşnaksütyun” partiyası üzvlərindən əlavə, “erməni azlığı” da təmsil olunurdu. Bu necə əksinqilabçı müsavatçı hökuməti idi. Yadımdadı, bizə “Partiya tarixi” dərsi keçirdilər. Mühazirələrdə müəllimimiz bizə yazdırırdı ki, “Şərqin Lenini adlanan Şaumyan satqın M.Ə.Rəsulzadə və onun tərəfdarlarının Bakıda törətdiyi milli qırğının qabağını aldı və Bakıda qurulan Bakı Kommunası Paris Kommunası kimi xalqmızın qəlblərində yaşadı”.

 

Bəli, bu biz idik! Amma o zaman Ermənistanda, Bakıda bizim ata-analarımızın qanını tökmüş, qız-gəlinlərimizi zorlamış Androniklərə heykəl qoyurdular! Bu da ermənilər idi!


O zaman Azərbaycanda kommunistlərin təbliğatına qarşı duran milli qüvvələri 1937-ci ildən başlayaraq məhv etdilər. SSRİ-nin, onun rəhbərliyinin Türk-Müsəlman dünyasına qarşı törətdiyi vəhşiliklər unuduldu! Bunun müqabilində “Ey əziz, rus qardaşım, ey mehriban rus bacım”, yaxud “Qardaş olub Haystan-Azərbaycan” mahnıları yarandı. Bizə tarix dərsində SSRİ tarixi müəllimimiz mühazirə oxuyanda deyirdi ki, Gəncə də “Böyük Ermənistana” daxildir! Bu biz idik! Ermənistanda isə SSRİ tarixi müəllimi mühazirə oxuyanda tələbələrinə deyirdi ki, Atropatena da ermənilərin olubdur! Bu da ermənilər idi!

 

Bu tarixidir! Ondan qaça bilmərik. Nəticə çıxarmalıyıq. Çıxarırıqmı? Tarixdən nəticə çıxarmayan xalqlar məhvə məhkumdur. Bu gün Şuşaya, İrəvana gedən jurnalistlər, onları göndərən təşkilatlar hansı addımlar atdıqlarını düşünürlərmi? Bir məsələ gün kimi aydındır: Biz ermənilərlə heç bir zaman dost ola bilmərik! Biz güclənib Qarabağı azad edib, İrəvanı geri almalı və bu murdarları diz çökdürməliyik! Bunun əvəzində biz nə edirik? Ata Abdullayev kimi tarixdən xəbəri olmayanları hazırcavab juranlist prezident dığa Paşinyanın qabağına çıxarırıq. Onların debatında təkcə Ata Abdullayevmi uduzdu? Xeyr! Bütün Azərbaycan uduzdu! Ata Abdullayevin siyasi tarixdən də xəbəri yox idi! Bəs hara getdi o tarixi, həm də siyasi tarixi əzbər bilən korifey jurnalistlər?

 

Unutmayaq ki, bu gün Azərbaycanda elə oğullar var, onlar Şuşaya bir saata daxil olub, üç saata İrəvana çıxarlar. Onları ortaya çıxarmaq lazımdır. Bunun müqabilində təbliğat aparılır ki, “20 Yanvar”ı da, “Xocalı” faciəsini də cəbhəçilər törətdilər. Kim idi cəbhəçilər! 20 mindən artıq şəhid verdik Qarabağda! Bunlar hamısı cəbhəçilər idi! O zaman hansı kommunistin övladı şəhid oldu? Hansı varlının övladı şəhid oldu? Hansı raykom, Mərkəzi Komitə rəhbərinin övladı şəhid oldu? Mənim nəslimdən dörd şəhid var, ikisi də itkin. Hamısı cəbhəçi idi.

 

Bəli, o vaxt bütün Azərbaycan vətənpərvərləri cəbhəçi idi. O cəbhəni bugünkü Xalq Cəbhəsi partiyaları ilə qarışdırmayın! O zaman cəbhəçi olanlardan çoxu bu gün iqtidarda, parlamentdə, idarəçilikdə təmsil olunurlar. O zaman mərhum Murtuz Ələsgərov BDU Ağsaqqallar Şurasının sədri olmaqla, BDU Məclisinin də üzvü idi. O zaman mərhum Heydər Əliyev də Naxçıvan Cəbhəsi Ağsaqqallar Şurasının üzvü idi. Kommunistlər ona qarşı çıxanda cəbhəçilər onu müdafiə edirdi. Bu gün o dövrü ittiham edərək, həmin dövrü “tarixi ləkə” adlandırmaq və bütün günahları onların üstünə atmaq tarixi haqsızlıqdır. O zaman əksəriyyət kommunistlər iqtidarda qaldılar. O zaman parlamentdə olan kommunsitlərin çoxu indi də parlamentdədir. Biz o günə boylanıb həmin günlərin hesabatını deyil, həmin günlərin qələbələrini əldə rəhbər tutub, gələcəyə getmək üçün birliyə can atmalıyıq.

 

Bizim faciəmiz 1796-cı ildən başlayaraq 1991-ci ilə qədər davam etmişdir. Baxın, bu tarixdə Qafqazda nələr baş veribdir. O tarixə baxsanız dəhşətə gələrsiniz. Qafqazda bizim torpaqlarda murdar xislətə malik manyak bir dövlət - Ermənistan yaradılıb. İndi də Qarabağı bizdən almaq istəyirlər. Bir qırx il keçəcək, Naxçıvanı istəyəcəklər. Sonra Gəncə. Beləcə, olmayan “Böyük Ermənistan” qurulacaqmı? Bizdə tələbələrin əksəriyyəti milli kimliklərini bilmirlər. Erməni tələbələri necə? Onlar əzbər bilirlər! Bax, biz buyuq! Ermənilər də elə! Ona görə biz uduzuruq. Nəyə görə bizdə milli mənliyə qulluq edən seriallar çəkilmir? Qəhrəmanlarmız yoxmu? Bəlkə pulumuz yoxdur!

 

Sonda bir daha müraciət edirik: Qarşılıqlı ittihamlardan qurtulun! Böyük savaşa hazırlaşaq! Müqəddəs savaşa!

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system