NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qaradağda güclü palçıq vulkanı baş verib

Oxundu: 108
Qaradağda güclü palçıq vulkanı baş verib

“Ötən gün Qaradağ rayonunda yerləşən dünyanın ikinci ən böyük palçıq vulkanı Otman-Bozdağda püskürmə prosesi tamamilə dayanıb. Çox yaxın ərazidə heç bir yaşayış məskəni olmadığından əhali üçün də təhlükə gözlənilmir”.

"İslaminSesi.info" bildirir ki, bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev bildirib.

 

Onun sözlərinə görə, səhər saat 05 radələrində güclü qaz uğultusu eşidilib və palçıq vulkanında oyanma və püskürmə baş verib. Qalxan alov sütunun hündürlüyü 300 metrdən artıq olub. Ətrafda isə çoxlu sayda dərin çatlar əmələ gəlib. Aktivləşmə 5 hektar ərazini əhatə edir. Amma vulkan yaşayış məntəqələrindən aralıda yerləşdiyi üçün heç bir təhlükə baş verməyib: “Vulkandan “Ümid” qəsəbəsindəki yaşayış olan ən yaxın evə qədər 4-5 kilometr məsafə var. Yaxınlıqda istehsalat obyektləri də olmadığına görə heç bir problem yaşanmayıb. Yalnız ağır tonnajlı sülb tullantıları elektrik dirəyini itələyərək sıradan çıxarıb. Amma naqillər qırılmayıb, yalnız dirək əyilib”.

 

C. Paşayev qeyd edib ki, hazırda vulkan baş verən ərazidə gəzmək mümkün deyil. Bəzi yerlərdə dərinliyi 80-90 metrə çatan çatlar var. Həm də bir çatla o biri çat arasında 1-1,5 metr məsafə var. Təxmini hesablamalara görə, vulkandan çıxan sülb tullantılarının həcmi 1,5-2 milyon kub metrdir. Proses tamamilə təhlükəsiz vəziyyətə gəlib çatandan sonra həm həcmi, həm də hektarı dəqiq hesablamaq mümkün olacaq.

 

Qoruğun direktoru həmçinin bildirib ki, bütün digər pükürmələrlə müqayisədə budəfəki püskürmə daha güclü olub. Bir də, bu vulkanın nə vaxt püskürəcəyini heç kim bilmir: “Heç bir seysmoloji, tektonik prosesi proqnozlaşdırmaq mümkün deyil. Ötən il bu vulkan püskürmüşdü. Belə düşünmək olardı ki, bu bir də 10-15 ildən sonra baş verəcək. Amma üstündən il yarım keçəndən sonra daha güclü püskürmə baş verdi”.

 

Hazırda Qoruğun əməkdaşları təhlükəsizlik tədbirləri həyata keçirirlər və maraq üçün yaxınlaşan şəxslərdən heç kim əraziyə buraxılmır.

 

Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağın ölçüsü 400 metrdir. Burada son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system