NAMAZ VAXTLARI:
  • FƏCR 06:05
  • GÜN 07:29
  • ZÖHR 12:26
  • ŞAM 17:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 233
Qaraciyərin zəhərlə dolu olduğunu göstərən əlamətlər

Qaraciyərin zəhərlə dolu olduğunu göstərən əlamətlər

Qaraciyər beynimizdən sonra orqanizmin ən ağır orqanlarından biridir

 İslaminSesi.info - Bədəndə yığılan qlükoza və müxtəlif toksinləri təmizləmək qaraciyərin əsas funksiyasıdır. Odur ki, qaraciyər sağlamlığına xüsusilə diqqət etmək lazımdır. Balanslı qidalanmaq, siqaretdən uzaq durmaq qaraciyər zəhərlənməsinin qarşısını alan ən mühüm addımlardandır.


Qaraciyər zəhərlənməyə başlayanda orqanizminizdə müəyyən əlamətlər verməyə başlayır. Bu isə ciddi fəsadlara gətirib çıxara bilər.
 


Saralmış dəri


Əllərdə, gözlərfə, dəridə və dırnaqlarda olan sarılığın səbəbi öd piqmentinin orqanizmdə toplanmasıdır. Qaraciyər düzgün işləmədikdə bədəndə yığılan bu zəhərli maddələri xaric edə bilmir. Bu da qaraciyərin zəhərlənməsi və dəri rəbginin solğunlaşması ilə nəticələnir.


Sidik və ifrazatda meydana gələn rəng dəyişiklikləri


Sidiyin normaldan daha açıq və tünd, o cümlədən ifrazatın normaldan daha açıq və ya tünd olması qaraciyər zəhərlənməsini bildirir. Bu səbəblə ifrazat və sidik rəngində dəyişiklik müşahidə etdikdə mütləq həkimə müraciət edin.


Dəri həssaslığı və qaşıntı


Dərinizdə sanki nə isə gəzdiyini hiss edir və onu qaşımaq istəyirsinizsə, bu əlamət qaraciyərin kifayət qədər işləmədiyini və toksin maddələrin çox yığıldığını bildirir.


İshal


Yeməkdən sonra halnız pisləşir və dərhal tualetə getmə ehtiyacı hiss edirsinizsə, bu, qaraciyər zəhərlənməsini bildirir. Xüsusilə tez-tez ishal olmaq maye itkisinə işarə edir.


Qaraciyər yağlanmasına qarşı cəfəri cövhəri


Qeyri-sağlam qidalanma nəticəsində yaranan qaraciyər yağlanması isə ürək-damar xəstəliklərinin riskini artırır. Eyni zamanda qaraciyər yağlanması dəridə səpki, mədədə şişkinlik və mədə pozğunluğu, gözlərdə qızartı və qaşın, babasil, yaddaşının zəifləməsi, pis ağız qoxusu kimi problemlər yaradır. /Publik.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system