Qarabağlı general Paşinyanı HƏDƏLƏDİ: “Fiziki cəhətdən məhv etmək lazımdır”

Oxundu: 70
Qarabağlı general Paşinyanı HƏDƏLƏDİ: “Fiziki cəhətdən məhv etmək lazımdır”

“2016-cı ildə “Sasna Tsrer” qruplaşmasının terrorçularını əfv etdik. Amma bəyan edirəm ki, Qarabağ hakimiyyətinə, sərhədlərimizə, mənə və xalqıma qarşı təcavüz edən istənilən şəxs fiziki baxımdan məhv ediləcək”.

İslaminSesi xəbər verir ki, bu açıqlamanı qondarma rejimin keçmiş “təhlükəsizlik şurası katibi”, general-mayor Vitali Balasanyan verib.

 

O, Nikol Paşinyanı və radikal “Ssana Tsrer” qruplaşmasına qarşı sərt danışıb.

 

“Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”.

 

Vitali Balasanyan 1959-cu ildə Azərbaycanın Əsgəran qəsəbəsində anadan olub. O 1991-ci ildən başlayaraq Azərbaycan torplaqlarına təcavüzdə aktiv şəkildə iştirak edib.  /Modern.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system