NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qarabağ”la oyunun bileti 150 avroya

Oxundu: 55
Qarabağ”la oyunun bileti 150 avroya

Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda qəbul edəcək

Avropa Liqasında böyük sensasiya edərək qrup mərhələsinə qədər irəliləyən "Düdelanj" bu raund üçün bilet qiymətlərini müəyyənləşdirib.

 

 

İslaminSesi “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Lüksemburq təmsilçisi həm "Qarabağ", həm "Sevilya", həm də APOEL-lə qarşılaşmaya eyni məbləğ təyin edib.


Belə ki, bu rəqiblərlə ev oyunlarını izləmək istəyən azarkeşlər tribunalar üzrə müvafiq olaraq 75, 100 və 150 avrolarından keçməli olacaqlar. İlk olaraq sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar biletlərini əldə edə biləcəklər. Qalan biletlər isə ertəsi gün satışa çıxarılacaq.
Bundan başqa, klub rəhbərliyi "Sevilya" və "Qarabağ"la səfər matçlarına azarkeş aparmağı planlaşdırır.


Qeyd edək ki, "Düdelanj" qrupda ilk ev oyununu oktyabrın 3-də "Qarabağ"a qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda qəbul edəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system