NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Qarabağın azadlığı Azərbaycanın müsəlman dövlətlərlə müttəfiqliiyindən keçir

Qarabağın azadlığı Azərbaycanın müsəlman dövlətlərlə müttəfiqliiyindən keçir

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “İslam dünyasının müştərək problemləri: Qarabağ, Fələstin, Kəşmir, Suriya, Yəmən...” mövzusunda dəyirmi masa keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, partiya və təşkilat rəhbərləri, Qarabağ qaziləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, İslam dünyasında baş verənlər ümumi problemlərə çevrilməlidir: “Bu gün cəmiyyətdə oturuşmuş bir fikir mövcuddur. Dünyanın taleyini xristian dövlətləri həll edir. Onlarla hesablaşmaq lazımdır. Çox təəssüf ki, bu yalnış mövqe ilə biz 25 ildir Qarabağ məsələsinin həllini gözləyirik. Qarabağın taleyini üç xristian dövlətinin öhdəsinə buraxmışıq. Bu bizim çox böyük yalnışlığımızdır”.

 

Akif nağı əlavə edib ki, bizim bəzi demokratlarımız ABŞ səfirliyinin çağırışına qaçaraq gedirlər: “Onlar bunu özlərinə böyük nailiyyətlər hesab edirlər. Lakin biz Qarabağın azadlığını istəyiriksə mütləq yanaşmamızı dəyişməliyik və müttəfiqlərimizi düz seçməliyik. Qərb və xristian dövlətləri müsəlman dövlətlərini parçalamağa, ixtilaf salmağa çalışırlar. Biz buna imkan verməməliyik və Qarabağın azadlığı istiqamətində müttəfiqliyimizi məhz müsəlman dövlətlərinin arasında axtarmalıyıq”.

 

Daha sonra tədbirdə çıxış edən Qələm Yazarlar Birliyinin rəhbəri Qurban Cəbrayıl mövzu ətrafında maraqlı fikirlər səsləndirib. O, bildirib ki, Qarabağ problemi Azərbaycan adlı məmləkətin sinəsində qaysaq bağlamayan yaradır: “Lakin təəssüflər olsun ki, müsəlman dövlətlərinin başına gətirilən faciələr Qarabağ münaqişəsi ilə yekunlaşmır. Bu gün Yəməndə, Suriyada, Fələstində və digər müsəlman dövlətlərində eyni faciələr təkrarlanır. Qərbə yaltaqlanan despot, diktator sülalələr sonda yalnışa yol verdiklərini anlayırlar. Lakin bu zaman “demokratiya” carçısı olan Qərb dövlətləri guya adıçəkilən müsəlman dövlətlərində insan haqqlarını bərpa etmək məqsədi ilə müsəlman dövlətlərinə qoşun yeridirlər. Günahsız insanların başına bombalar yağdıraraq, həmin dövlətləri viran qoyurlar. Biz ümid edirik ki, müsəlman dövlətləri arasındakı ixtilaflara son qoyulacaq və dünyada haqq-ədalət bərqərar olacaq”.

 


Dəyirmi Masada söz alan Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu gün bizim əsl hədəfimiz güclü, müstəqil Azərbaycandır: “Bu gün İslam birliyi adı altında münaqişə dövlətləri bir araya gəlməlidir. Biz niyə müsəlman dövlətləri ilə deyil, hər fürsətdə bizi altadmağa çalışan ABŞ və Qərb dövlətləri ilə əməkdaşlıq etməliyik? . Axı bu gün ABŞ və Qərbin müsəlman dövlətlərinin başına hansı müsibətlər gətirdiyinin şahidi oluruq. Ona görə də, öz müttəfiqlərimizi düzgün seçməliyik”.

 


Daha sonra çıxış üçün söz Azərbaycan İslam Partiyasının qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya verilib. O, da öz çıxışında bir sıra maraqlı məqamlara toxunub. Növrəstə İbrahimova bildirib ki, Dağlıq Qarabağ problemi xristian dövlətlərinin birbaşa himayəsi ilə işğalçı Ermənistan tərəfindən törədilib: “Bu gün ABŞ və Rusiya Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə hər cür yardım göstərir və maliyyə yardımı ayırır. Qondarma rejim rəhbərinin ABŞ-a dəvət olunması bunun bariz göstəricisidir”.


Tədbirdə çıxış edən digər qonaqlar da İslam dünyasının faciəli problemlər içərisində olduğunu, bu münaqişələrin kökünün isə ABŞ və Qərb dövlətlərindən, xristian dünyasından qaynaqlandığını dilə gətiriblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system