NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qarabağ savaşı və mitinq – Müxalifət ilk öncə götürdüyü öhdəlikdən imtina etməlidir

Oxundu: 89
Qarabağ savaşı və mitinq – Müxalifət ilk öncə götürdüyü öhdəlikdən imtina etməlidir

Elxan Şükürlü: “Onlar Qərbin gözündə "müharibə tərəfdarı" kimi görünmək istəmirdilər”

Qarabağ münaqişəsinin savaş yolu ilə həll edilməsinin vacibliyi, bu problemin yeganə həllinin müharibədən keçdiyi haqda artıq bütövlükdə Azərbaycan cəmiyyətinə fikir formalaşıb. Bu da təsadüfi deyil. Nəzərə alsaq ki, hələ aktiv fazaya keçməsə də ilk qarşıdurma 1988-ci ildən başlayıb və həmin ildən artıq 31 il ötür, onda məsələnin nə qədər ciddi olduğunu anlamaq olar.

 

Məsələ ondadır ki, bu illər ərzində aparılan danışıqlar, keçirilən çoxsaylı görüşlər, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi mövcud status-kvonu dəyişməyib. “Lələtəpə” deyilən yüksəkliyi nəzərə almasaq, hətta 2016-cı ilin dördgünlük aprel savaşı da Ermənistanın aqressiv mövqeyində dəyişiklik yaratmadı.

 

Bəli, biz azman dövlətlərin, münaqişənin həllinə guya vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, beynəlxalq qurumların, problemin savaş məsələsinə reaksiyalarını da, ermənipərəst mövqelərini də başa düşürük. Amma uzun müddətdir ki, işğal altındakı ərazilərimizi də qaytarmalıyıq, deyilmi?

 

Bəs bu halda nə etməli və daha nələrə əl atılmalıdır ki, torpaqlarımızı geri almaq mümkün olsun?

Xatırladaq ki, son vaxtlar beynəlxalq qurumların diqqətini bu məsələyə yönəltmək, artıq Azərbaycan xalqının səbir kasasının daşdığını, hər an müharibəyə hazır olduğunu göstərmək üçün kütləvi mitinqlərin keçirilməsi qərara alındı və keçirildi də. Amma məlum səbəblərdən müxalif düşərgənin aksiyaları dayandırıldı. İndi isə mitinqlərin yenidən keçirilməsi məsələsi gündəmə gəlib. Ancaq bununla yanaşı sözügedən düşərgənin vaxtilə problemin sülh yolu ilə həllinə dair beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmələri də mitinq keçirmək istəyənlərin qarşısına fakt kimi qoyulub.

 

Belə olan halda həmin partiyalar mitinqdən öncə, 2000-ci ildən götürdükləri həmin öhdəliklərdən imtina etməli deyillərmi?

Bu haqda İslaminSesi-nə danışan siyasi şərhçi Elxan Şükürlü məsələni bu şəkildə qoyanların haqlı olduğunu vurğuladı:

“Həqiqətən, Azərbaycan Avropa Şurasına üzv olan ərəfədə bir neçə müxalifət partiyası, o cümlədən prezidentliyə ayrıca namizədləri olan AXCP, Müsavat, ADP və AMİP Dağlıq Qarabağ probleminin ancaq sülh yolu ilə həllinə tərəfdar olduqları haqda sənədə imza atıblar. O vaxt bu partiyalar Qərblə əməkdaşlığa böyük ümidlər bəsləyirdilər və qətiyyən Qərbin gözündə "müharibə tərəfdarı" kimi görünmək istəmirdilər.

Əlbəttə, cəmiyyətin müharibə ovqatında olduğunu göstərmək və beynəlxalq təşkilatlara təzyiq üçün Qarabağla bağlı mitinq kütləvi olmalıdır. Mitinqin kütləviliyi təmin edilməzsə, bu, sülh tərəfdarlarının əlinə oynayar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system