NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qarabağ probleminin “həllində” iyrənc rəqabət

Oxundu: 1498
Qarabağ probleminin “həllində” iyrənc rəqabət

Əli Əliyev: “Nəzarəti itirmək təhlükəsi ilə üzləşən dövlətlər Azərbaycan daxilində dəngə dəyişikliyi istəyə bilərlər və bunun ən asan yolu düşmən tərəfi hərəkətləndirməkdir”

 

ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu konfliktə Rusiyanın cəlb edilə biləcəyini söyləyib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında gərginlik genişmiqyaslı hərbi konflikt üçün potensial mənbə olaraq qalır və bu münaqişə özünə Rusiyanı cəlb edə bilər. Moskvanın əvvəllər də münaqişədən, müdaxilə etmək və Rusiya sülhyaradıcılarının yerləşdirilməsi üçün fürsətlənmək niyyəti olduğunu qeyd edən alanalitiklərə görə, ABŞ kəşfiyyatı əldə etdiyi müəyyən məlumata əsaslanaraq belə bir fikir irəli sürə bilər. Siyasi ekspertlər həmçinin, bu münaqişəyə vasitəçilik edən Qərb və Rusiya arasında etimadın pozulduğunu da əlavə edərək potensial müharibə riskini mümkün hesab edirlər. Amma nəzərə almaq lazımdır ki, ABŞ rəsmiləri zaman-zaman Qarabağda genişmiqyaslı müharibənin başlayacağı və ya başlya biləcəyi barədə fikir səsləndiriblər. Belə proqnozlarda əksər hallarda Rusiyanın adı da çəkilir.

 

Bəs özünü doğrultmayan proqnozların verilməsində məqsəd nədir?

 

"İslamınsəsi"-nin sualını cavablandıran VİP sədri, politoloq Əlli Əliyevin sözlərinə görə, Qarabağ münaqişəsi özündə həqiqətən də böyük savaş potensialı daşıyan konservləşdirilmiş müharibədir: "Azərbaycan əraziləri qonşu dövlət və onun hərbi-siyasi müttəfiqi tərəfindən işğal edilib. Güclə işğal edilmiş torpaqların fərqli yolla azad edilməsi mümkün deyil, xülyadır. Gec-tez biz bu işi görməliyik. Belə aşkar məsələ ətrafında fikir bildirmək dərin məntiq tələb etmir. Vaxtaşırı müəyyən məqsədlər üçün belə açıqlamaların verilməsi təbii qarşılanmalıdır. O ki qaldı son proqnozlara, Cənubi Qafqazda nəzarəti qorumaq üçün Rusiya tərəfindən münaqişənin alovlandırılması cəhdi ağlabatandır. Ölkədə gedən aşkar və gizli proseslər səbəbindən kənar müdaxilələri mən də mümkün görürəm. İstisna deyil ki, nəzarəti itirmək təhlükəsi ilə üzləşmiş dövlətlər Azərbaycan daxilində dəngə dəyişikliyi istəyə bilərlər. Bunun ən asan yolu isə düşmən tərəfi hərəkətləndirməkdir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system