"Qarabağ konfliktini, SSRİ-ni dağıtmaq üçün ABŞ yaratdı" - Qorbaçovun adamı

Oxundu: 48

Mixail Qorbaçov Dağlıq Qarabağda münaqişənin olmasını istəmirdi.

İslaminSesi xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi işləmiş fəlsəfə elmləri doktoru, professor İvan Fyodroviç Feklistov “Yeni Müsavat”a eksklüziv müsahibəsində deyib. O, Qarabağ münaqişəsi ilə bağlı maraqlı məqamlara toxunub:

 

“Qorbaçov tərəflərin sakitləşməsində maraqlı idi. Buna görə də Dağlıq Qarabağa Volskini (o zaman Dağlıq Qarabağ Muxtar Vilayətində ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradılmışdı – red.) göndərdi. Volski tanınmış, çox mədəni insan idi. Volski, məncə, iki ilə yaxın orada fəaliyyət göstərdi, hər iki tərəfi sakitləşdirməyə çalışdı.

 

Düşünürəm ki, Qarabağ konfliktini ABŞ yaratdı. Amerikalılar SSRİ-ni dağıtmaq üçün belə bir alət tapdılar”.

 

F.Feklistov müsahibəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayıb:

 

“Qorbaçov bu məsələdə bir cür deyə, başqa cür düşünə, yaxud başqa variantlar üzrə hərəkət edə bilərdi. Mənə elə gəlir ki, bu gün bütün ümidlər Putinədir”./Axar.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system