“Qapıları açıb 3,6 milyon qaçqını üstünüzə göndərərik” – Ərdoğan cavab verdi...

Oxundu: 81
“Qapıları açıb 3,6 milyon qaçqını üstünüzə göndərərik” – Ərdoğan cavab verdi...

Türkiyə prezidenti R.T.Ərdoğan, Suriyanın şimalında başladılan əməliyyatlara işğal deyənlərə “dönüb bir özünüzə baxın!” dedi.

 

İslaminSesi.info BBC-yə istinadla xəbər verir ki, bu gün AKP-nin toplantısında çıxış edən Türkiyə prezidenti R.T.Ərdoğan Suriyanın şimalında keçirilən hərbi əməliyyatlara qarşı mövqe sərgiləyən ölkələrə ciddi mesajlar göndərib.

 

“Səudiyyə Ərəbistanı Yəməndə törətdikləri cinayətlərə baxsın, Yəməndə 10 minlərlə insan ölürülməyibmi? Bunları kim törədib?"  deyən Ərdoğan, Misiri hakimiyyətini də qınayıb:

“Siz susun! Siz demokratiya qatilisiniz! Siz 52% səslə seçilən Mursini məhkəmədə öldürdünüz! Heç ailəsini dəfninə də buraxmadınız. Sən qatilsən (Sisi). Sisi toplantı təşkil etmiş, əməliyyatı qınamışdır. Qınasın!”

 

“Ey Avropa Birliyi, özünüzə gəlin. Bax, yenə deyirəm: Əgər hazırkı əməliyyatımızı işğal adlandırmağa cəhd etsəniz, biz də qapıları açırıq və sizə 3,6 milyon qaçqın göndəririk. İndi qalxıb pul hesabı aparırlar...” deyən Ərdoğan, “Biz sizdən bir şey almaqla yola çıxmadıq. 40 milyard xərclədik, lazım gələrsə 40 milyard da xərcləyərik. Ancaq qapıları açacağıq. Siz heç vaxt bizimlə səmimi olmadınız, 1963-cü ildən bu yana bizi yola verdiniz. Siz dürüst deyilsiniz. Həyatınız yalanlar üzərində qurulub. İstədiyiniz qədər hücum edin!” deyərək Avropa ölkələrini də yalançılıqda ittiham edib.

 

İŞİD-in Fransa, Almaniya, Hollandiyadan gəldiyini deyən Ərdoğan, bu gələnləri geriyə, gəldikləri yerə qaytardığlarını da dilə gətirib.

 

"Bizim həm öz təhlükəsizliyimiz təhdid altındadır, həm də Türkiyədə ölkəsinə dönməyi gözləyən 3,6 milyon qaçqın vardır” deyən Türkiyə prezidenti, "Heç bir ölkədə belə bir problem yoxdur" deyərək Türkiyənin üzləşdiyi PKK problemindən danışıb.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system