“Qanunsuz “seçkilər” xunta rejiminin çıxılmaz vəziyyətinin göstəricisidir” – Tural Gəncəliyev

Oxundu: 363
“Qanunsuz “seçkilər” xunta rejiminin çıxılmaz vəziyyətinin göstəricisidir” – Tural Gəncəliyev

"Dağlıq Qarabağdakı qanunsuz "seçkilər" xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir".

 

İslaminSesinin Modern.az-a istinadən  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (DQBAİ) rəhbəri Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, saxta “seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verir: "Bununla bağlı Dağlıq Qarabağda qanunsuz "seçkilər" keçirir, bir-iki nəfər xarici ölkədən olan deputat və nümayəndələri Dağlıq Qarabağa gətirməklə şou yaradırlar.

 

Bu, yalnız təxribat xarakterli hərəkətlərdir, xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir.

 

Onlar çaba altında olan erməni icmasından alət kimi istifadə etməklə belə təxribatlara əl atırlar.

 

Bu təxribatların isə heç bir nəticəsi olmayacaq. Dağlıq Qarabağa səfər edən həmin nümayəndələrə biz öz tərəfimizdən bəyanatlar veririk, onları həmin səfərdən çəkindirməyə çağırırıq.

 

Təbii ki bu səfərlərin heç bir hüquqi əsası yoxdur".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system