“Qanuni oğru” Katovski necə “şah” oldu və ona aid faktlar niyə gizli saxlanırdı? – FOTO+VİDEO

Oxundu: 176
“Qanuni oğru” Katovski necə “şah” oldu və ona aid faktlar niyə gizli saxlanırdı? – FOTO+VİDEO

Görkəmli siyasi xadim Qriqori Kotovski Rusiya tarixinə uğurlu inqilabçılardan biri kimi daxil olmuşdur.

İslaminSesi-nin “Rambler”-ə istinadən məlumatına görə, sovet hakimiyyətinin nüfuzunun xalq arasında aşağı düşməməsi üçün Katovskinin tərcümeyi-halı ilə bağlı bəzi faktlar gizli saxlanılırdı. Belə ki, hakimiyyət inqilabçıların həyatı ilə bağlı faktların üzə çıxmasını xoşlamır və istəmirdi...

 

Həqiqət lap onun doğum tarixindən başlayaraq gizlədilmişdi. Katovskinin özü 1887-ci ildə anadan olduğunu iddia etsə də, əslində bu tarixdən altı il əvvəl doğulmuşdu. Beləcə, həbsxanada olduğu müddətdə öz tərcümeyi-halının altı ilini “sildi”.

 

Katovski gənclik illərində vicdanlı, halal zəhmətlə qazanz əldə etmək üçün çox cəhd göstərirdi. Amma buna baxmayaraq "əyri yola" qayıtdı və nəticədə cinayətin içərisinə düşdü. Xüsusilə rus-yapon müharibəsinin başlamasından sonra inqilabçı ordudan yayınmağı bacardı. Vətənini müdafiə etmək əvəzinə, başına bir dəstə yığıb yaxşı, xeyirxah insanlara qarşı qarətçiliyə davam etdi.

 

Artıq qəzetlər Kotovskini məşhurlaşdırmışdılar. Onun nə yediyi, hara getdiyi, necə geyindiyi haqda materiallar çap edir, müzakirə aparırdılar. Əslində isə o bir kriminal avtoritet idi. Bəzi tarixçilərə görə, onun gözünün altına tatuaj vurulmuşdu ki, bu da onu həbsxanada yatan biri kimi digərlərindən fərqləndirirdi.

 

İnqilabdan əvvəl onu yenidən həbs etmişdilər. Amma o, bu dəfə əfv ərizəsi yazdı, özünü "köhnə inqilabçı" adlandıraraq Sovet hakimiyyəti uğrunda mübarizə aparmaq üçün sərbəst buraxılmasını istədi. Onun bu metodu işinə yaradı. Katovski inqilabın ilk illərində soyğunçuluğa, qarətə davam etdi.

 

Məşhur inqilabçı Frunzenin şəxsən özü ona xüsusi diqqət yetirirdi. Hətta ona özünün müavini vəzifəsini də təklif etdi. Amma Katovski bu təyinata qədər yaşaya bilmədi. O, 1925-ci ildə vəfat etdi. Bu ölümün səbəbi ilə bağlı bir neçə versiya var. Versiyalardan biri dövlət tərəfindən siyasi sifarişin verilməsi idi. Digər bir versiyaya görə ölümün səbəbi Kotovskinin keçmiş cinayət əlaqələrinə bağlanırdı.

 

Image result for Qriqori Kotovski

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system