NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qalmaqallı məmurun yerinə - YENİ TƏYİNAT

Oxundu: 97
Qalmaqallı məmurun yerinə - YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

"İslaminSesi.info"-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Eldar Əzizovun əmri ilə Xalid Ələkbərov təyinat alıb.

 

Xalid Ələkbərov daha əvvəl BŞİH-in Şəhər Təsərrüfatı Departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda onun yerinə Ayaz Hüseynov gətirilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov işdən çıxarılıb.

Q.Şükürova qarşı CM-nin 193-1-ci maddəsi ilə (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) cinayət işi açılıb.

Xatırladaq ki, Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system