Qahirə terrorunda təqsirli bilinən 17 terrorçu məhv edilib

Oxundu: 121
Qahirə terrorunda təqsirli bilinən 17 terrorçu məhv edilib

Misirin təhlükəsizlik qüvvələri 5 avqust tarixində Qahirədə partlayış törədən 17 terrorçunu məhv edib.

İslaminSesi-nin RT-yə istinadən verdiyi xəbərə görə, bu haqda ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

 

İdarənin məlumatına əsasən, bütün terrorçular Hasm qruplaşmasının üzvü olub.

 

Onlar Qahirədə və paytaxtdan cənubda yerləşən Əl-Fəyyum şəhərində keçirilən əməliyyat zamanı öldürülüb.

 

Xatırladaq ki, Qahirədə baş verən partlayış nəticəsində 20 nəfər həlak olub, 47 nəfər yaralanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system