Qaçan İŞİD böyükləri Türkiyəyə sığınır – İraq kəşfiyyatı rəisi

Oxundu: 479
Qaçan İŞİD böyükləri Türkiyəyə sığınır – İraq kəşfiyyatı rəisi

İraq Hərbi Kəşfiyyatının rəhbəri General-leytenant Səad əl-Əlaq, qaçan İŞİD böyüklərinin və komandirlərinin Türkiyəyə keçdiyini və orada gizləndiklərini bildirib.

 

İslaminSesi arabic.cnn-ə istinadən bildirir ki, İraq dövlət rəsmisi bu barədə SNN-ə eksklüziv müsahibəsində bildirib.

 

Kəşfiyyat rəhbərinin bildirdiyinə görə İŞİD böyükləri, o cümlədən İŞİD-in maliyyəsi əllərində olan kəslər Şimali Suriyada çətin vəziyyətə düşdüklərindən əllərində olanları verməklə qaçıb Türkiyəyə sığınırlar.

 

Kəşfiyyat rəhbəri General-leytenant Səad əl-Əlaq bu İŞİD-çilərin Avropaya keçə biləcəklərini, Avrupa üçün təhlükə yarada biləcəklərini qeyd edib.

 

General həmçinin əldə edilən kəşfiyyata əsasən Suriyada həbsdə olan on minlərlə İŞİD-çinin sərbəst buraxılmağa cəhd edildiyindən də xəbər verib və bunun da böyük bir təhlükə olacağını bildirib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system