“PYD İŞİD-i, lazım gəldikdə isə PYD-ni də təkfirçi qruplar əvəzləyir” – Azər Rəşidoğu

Oxundu: 126
“PYD İŞİD-i, lazım gəldikdə isə PYD-ni də təkfirçi qruplar əvəzləyir” – Azər Rəşidoğu

“ABŞ Şimali İraqdan Aralıq dənizinə qədər kürdlərin nəzarət etdiyi dəhliz formalaşdırmaq niyyətindədir”

Xəbər verilənlərə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın Əl-Cəzirə bölgəsində tutulan yüzlərlə İŞİD terrorçusunu İraqa aparır. Belə ki, amerikalıların bir sutka ərzində Hesekinin cənubundakı Əl-Malikiyə və Əl-Şəddadi şəhərlərindəki həbsxanalardan 230 İŞİD-çinin köçürüldüyü qeyd olunur.

 

Bu arada, Pentaqonun yeni rəhbəri Mark Esperin Əfqanıstana uçması diqqət çəkib. ABŞ müdafiə nazirinin “Taliban” hərəkatı ilə danışıqları bərpa etmək üçün gəldiyi bildirilir.

 

Maraqlıdır, ABŞ-ın İŞİD terrorçularını Suriyadan İraqa aparması nəyə hesablanıb? Ümumiyyətlə, bunu terrorçuların əsir alınması, yoxsa müdafiə edilməsi kimi başa düşmək olar?

 

Mövzu haqda İslaminSesi-nə danışan politoloq Azər Rəşidoğlu dedi ki, ABŞ “kürd dəhlizi” formalaşdırmaq istəyir: “Trampın siyasəti bəllidir: Vaşinqton Çin, Rusiya, İran və Türkiyə ilə qarşıdurmaya gedir. Suriyada ABŞ-la üz-üzə gələn Rusiyanın sıxışdırılması və Şərqi Avropada, Rusiya sərhədlərində yeni toqquşmaya hazırlığın getməsi də Tramp siyasətinin məqsədidir. Hazırkı situasiyada nə Çin, nə də Rusiya Yaxın Şərqdə ABŞ-a əngəl törədəcək vəziyyətdədir. Lakin Türkiyə və İran hələ də bölgənin mühüm oyunçusudur. Əsas rəqiblərini neytrallaşdıran, yaxud buna tədricən nail olan ABŞ “müstəqil Kürdüstan” gedişi ilə həm Ankaranı, həm də Tehranı küncə sıxmaq istəyir. Suriyada şimal bölgəsində PKK/PYD-nin nəzarət etdiyi ərazilər de-fakto “Kürdüstan”a daxil edilir və beləliklə, Aralıq dənizinə çıxacaq “kürd dəhlizi”nin yaranması real görünür.

 

ABŞ Şimali İraqdan Aralıq dənizinə qədər kürdlərin nəzarət etdiyi dəhliz formalaşdırmaq niyyətindədir. Suriyanın şimalında PYD-nin məhv edilməsinin qarşısının alınması da buna hesablanıb. İki il öncəyə qədər İraq sərhədindən başlamış Kobaniyə qədər bölgə PYD-nin əlində idi. Kobanidən başlamış Türkiyənin Öncüpnar sərhəd-keçid məntəqəsinə qədər ərazi İŞİD-in, Öncüpnardan Afrinə qədər olan kiçik ərazi Türkiyənin, Afrin isə yenə PYD-nin nəzarətində idi. Lakin İŞİD heç bir güllə atmadan Suriyanın mərkəzinə - Rakkaya doğru çəkildi, bununla da PYD-nin irəliləməsinə şərait yaratdı.

 

“Kürd dəhlizi”nin digər əsas hədəflərindən biri də təbii ki, Suriyada davam edən müharibədir. ABŞ İraq neftinin demək olar ki, yarısını Bağdadın nəzarətindən kənar, təhlükəsiz şəkildə Avropa bazarına çıxarır, Türkiyə qarşısında onun əvəzinə döyüşəcək “dövlət” yaradır, həm də Suriyanı parçalayır. ABŞ Suriyada apardığı savaşda oyunçuları dəyişdirir: PYD İŞİD-i əvəzləyir, lazım gəldiyində isə PYD-ni də təkfirçi dini qruplar əvəzləyir. Bir sözlə, Birləşmiş Ştatlar öz dövlət maraqlarını həyata keçirmək məqsədilə terrorçuları müdafiə edir”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system