NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Putinin ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı qərarı açıqlanıb

Putinin ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı qərarı açıqlanıb

Amerika Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin respublikaçı konqresmenləri (deputatları) prezident Donald Trampın seçkiqabağı kampaniyasının Rusiya ilə əlaqələrini tapmadıqlarıını və araşdırmanı başa çatdırdıqlarını elan edib.

İslaminSesi.info İnterfaks-a istinadla xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Komitənin nümayəndələri həmçinin, bildiblər ki, Rusiya prezidenti Vladimir Putin Demokratlar partiyasının prezidentliyə namizədi olan Hillari Klinton ilə mübarizədə Trampa kömək etməyə cəhd göstərmirdi. Respublikaçılar bu barədə 150 səhifəlik məruzə hazırlayıb.

 

Komitənin kəşfiyyat üzrə araşdırması bir il çəkib. Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvləri isə hesab edirlər ki, bu iş üzrə şahidlərin bəziləri ilə söhbət etmək lazımdır. Onların arasında Ağ Evin kommunikasiya üzrə vəzifədən getməkdə olan direktoru Houl Hiks və Trampın seçkiqabağı kampaniyasının sabiq meneceri Kori levandovski də vardır.

 

Hazırda Konqresin Yuxarı Palatasının iki komitəsi Rusiya prezident administrasiyasının seçkilərə Trampın lehinə müdaxiləsi məsələsi üzrə öz araşdırmalarını davam edir. Bunlar Senatın kəşfiyyat və məhkəmə icraatı üzrə komitələridir.

 

Təhqiqatlar bu məsələ üzrə ayrılmış xüsusi prokuror Robert Müllerin araşdırması ilə paralel olaraq gedir. Müller bu iş üzrə 13 Rusiya vətəndaşını ittiham edib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system