NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Putin Səudiyyə Ərəbistanına gedir - Kreml təsdiqlədi

Oxundu: 300
Putin Səudiyyə Ərəbistanına gedir - Kreml təsdiqlədi

Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Səudiyyə Ərəbistanına oktyabrda səfərinin planlaşdırıldığını təsdiqləyib.

 

"İslaminSesi" Sputnik-əistinadən xəbər verir ki, Peskov Moskvanın səfərə böyük əhəmiyyət verdiyini deyib.

 

Bir qədər əvvəl Səudiyyə energetika naziri, Rusiya-Səudiyyə Ərəbistanı dövlətlərarası komissiyasının sədri Xalid əl-Fəlih bildirmişdi ki, Prezident Putinin bu ilin oktyabrında ölkəyə səfər etməsi gözlənilir.

 

“Bu məlumatı təsdiqləyə bilərəm. Həqiqətən də belə bir səfər planlaşdırılır. Bu görüşün hazırlanmasına böyük əhəmiyyət veririk. Bizim Səudiyyə Ərəbistanı ilə tərəfdaş və çox effektiv münasibətlərimiz var. Hazırlığı davam etdiririk. Müvafiq rəsmi bəyanat verəcəyik”, - deyə Peskov bildirib.

 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system