NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 119
Putin qalmaqala səbəb olan Skripalların sağlamlıq vəziyyətini şərh edib

Putin qalmaqala səbəb olan Skripalların sağlamlıq vəziyyətini şərh edib

Zəhərli döyüş maddəsini tətbiq edəndə insan ölür, lakin buradakı xəsarət alanlar sağ və salamatdırlar

İslaminSesi.info. Rusiyanın prezidenti Vladimir Putin Britaniya ilə münasibətlərin pisləşməsinə səbəb olan Sergey Skripal və qızının zəhərlənmələrini şərh edib.

O, ötən gün keçirilən görüşdə bildirib ki, zəhərli döyüş məhlulu sahəsində mütəxəssis deyil, lakin bildiyi qədər zəhərli döyüş məhlulu tətbiq ediləndə insan ğlür, lakin bu məsələdəki xəsarət alanlar sağ və salamatdırlar.

 

 

"Əvvəlcə bəyan edildi ki, bu, zəhərlənmədir, əgər zəhərlənmədirsə. Zəhərli döyüş maddəsindən baş verib. Mən zəhərli döyüş məhlulu üzrə mütəxəssis deyiləm, lakin təsəvvür etdiyim qədər əgər zəhərli döyüş maddəsi tətbiq edilirsə onda bu hücumun qurbanları yerindəcə praktiki olaraq dərhal həlak olurlar. Belə şey Allaha şükür olmayıb və Skripalın özü və onun qızı sağdırlar. Xəstəxanadan çıxırlar. Ekranlarda gördüyüm qədər hər halda onun qızı kifayət qədər yaxşı görsənir. Şükür Allaha hamı sağ-salamatdır. Ona görə də zəhərli döyüş maddəsinin tətbiq olunduğunu demək mənə elə gəlir ki mümkün deyil"

 

Putin sonda qeyd edib ki, bu barədə söz-söhbətləri davam etdirməyi kəsmək lazımdır, çünki münasibətlərin pisləşməsindən başqa yerə aparmır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system