NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Putin, Lukaşenko, Jeenbekov və Paşinyan bu tarixdə görüşəcəklər

Oxundu: 94
Putin, Lukaşenko, Jeenbekov və Paşinyan bu tarixdə görüşəcəklər

29 may tarixində, Qazaxıstan paytaxtı Nur-Sultanda Ali Avrasiya İqtisadi Şurasının (AİŞ) növbəti iclası keçiriləcək.

İslaminSesi-nin eadaily.com-a istinadən verdiyi xəbərə görə, iclasda Rusiya prezidenti Vladimir Putin, Belorussiya prezidenti Aleksandr Lukaşenko, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Ermənistan baş naziri Nikol Paşinyan, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev iştirak edəcəklər. Qazaxıstanın cari prezidenti Kasım-Jomart Tokayev toplantıya sədrlik edəcək.

 

Həmçinin, AİŞ nəzdində müşahidəçi ölkə başçısı kimi Moldoviya prezidenti İqor Dodon və möhtərəm qonaq qismində Tacikistan prezidenti Emomali Rahmon da iştirak edəcəklər.

 

Dövlət başçıları aktual məsələləri və AİŞ inkişafının perspektivlərini müzakirə edəcəklər. Bir sıra beynəlxalq sənədlərin imzalanması da planlaşdırılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system