Putin Kadırova yüksək vəzifə təklif etdi

Oxundu: 662
Putin Kadırova yüksək vəzifə təklif etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova yeni vəzifə təklif olunub. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi ola bilər.

İslaminSesi-nin “Arqumentı nedeli” nəşrinə istinadla verdiyi xəbərə görə, bu barədə Kremldəki bir mənbə məlumat verib.

 

Xatırladaq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov yanvarın 13-də vəzifəsindən getməklə bağlı ərizə yazıb. O, ərizəsində müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı işindən uzaqlaşdığını qeyd edib.


Respublikaya rəhbərlik isə müvəqqəti olaraq Müslim Xuçiyevə tapşırılıb./oxu.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system