Putin bu ölkəni Rusiyaya birləşdirmək istəyir: Prezidentə işarə də vurub

Oxundu: 110
Putin bu ölkəni Rusiyaya birləşdirmək istəyir: Prezidentə işarə də vurub

Rusiya rəhbərliyi Belarusun bu ölkəyə birləşdirilməsinə işarə vurub. Əvəzində isə enerji daşıyıcılarına vahid tarif təklif olunub.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

 

O qeyd edib ki, nə Belarus, nə də Rusiya xalqı bunu istəyir.


Xatırladaq ki, 12 fevralda “Bloomberg" agentliyi Rusiya Prezidenti Vladimir Putinin bu fikri nəzərdən keçirdiyini yazıb. Agentliyin bildirdiyinə görə, Putin həmkarına iki ölkəni bir dövlətdə birləşdirməyi təklif edib. Ancaq Lukaşenko bu təklifi dərhal rədd edib.


Fevralın əvvəlində iki ölkə prezidentinin Soçidə görüşü keçirilib. Görüşdən sonra Kremldən verilən açıqlamada Belarus və Rusiyanın suveren dövlət kimi qalacağı vurğulanıb./Cebhe.info/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system