NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Putin: "Biz cənnətə gedəcəyik, onlar cəhənnəmə! Tövbə etməyə belə vaxtları olmayacaq – Video

Oxundu: 1636
"

Rusiya Prezidenti Vladimir Putin ötən gün “Valday” forumunda nüvə silahından istifadə ilə bağlı suala cavab verib.

İslaminSesi - Putin, Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması barədə verilən sualı cavablandırarkən bildirib ki, Rusiyanın kiməsə nüvə silahı ilə hücum etmək konsepsiyası mövcud deyil və bu silah yalnız hücuma cavab olaraq istifadə üçün nəzərdə tutulub.

 

Putin çıxışı zamanı mühüm mətləblərə toxunub. O, Rusiyanın güclü silahlanmasına, bunun yalnız müdafiə xarakterli olmasına, bu işdə haqlı olmalarına işarə edərək deyib:

 

“Bizim konsepsiyada nüvə silahının hücum məqsədilə istifadə edilməsi mövcud deyil. Konsepsiyamızda cavab olaraq müdafiə zərbəsi var. Nüvə silahından bizim əraziyə zərbə endirmək istəyənlərin potensial düşmən olmasından əmin olduğumuz halda istifadə edəcəyik. Bizim raket hücumundan müdafiə üçün öncədən xəbərdarlıq sistemimiz var. Hücumun Rusiya ərazisinə endirilməsindən əmin olduqdan sonra qarşılıqlı cavab zərbəsi endirəcəyik. Əlbəttə, bu, dünya miqyasında fəlakətdir, lakin biz təşviqedici deyilik.  Bu halda təcavüzkar bilməlidir ki, o,məhv olacaq, biz təcavüzün şəhidləri kimi cənnətə düşəcəyik, onlar isə sadəcə gəbərəcəklər, çünki onların tövbə etməyə belə zamanları çatmayacaq”

/Eastnews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system