Putin altı nəfərin müşayiəti ilə tualetə getdi - VİDEO

Oxundu: 135
Putin altı nəfərin müşayiəti ilə tualetə getdi - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Yelisey sarayında keçirilmiş Ukrayna ilə bağlı sammitdə özünü tam olaraq təhlükəsizlikdə hiss etməyib.

İslaminSesi-nin məlumatına görə, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

 

“Əvvəlcə videoda göründüyü kimi, Putin altı nəfərin müşayiəti ilə sarayın tualetinə girdi. Sonra Putin silahlı cangüdəni ilə iclas otağında göründü”, - deyə bildirilib.

 

Almaniyanın xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərindən biri “Bild”ə deyib ki, danışıqlar zamanı zalda silahlı bir insanın olması açıq şəkildə təxribat və təhdiddir.

 

Qeyd edək ki, dekabrın 9-da Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün “Normandiya formatı” sammitində dörd ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa liderlərinin görüşü keçirilib./oxu.az/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system