Putin 8 ölkənin birgə keçirdiyi hərbi təlimə qatıldı - Video

Oxundu: 143
Putin 8 ölkənin birgə keçirdiyi hərbi təlimə qatıldı - Video

Rusiya Federasiyasının prezidenti Vladimir Putin 8 ölkənin birgə keçirdiyi ”Mərkəz-2019” Strateji Komandanlığın Rərargah təlimlərinə qatılıb.

 

İslaminSesi.info arabic.rt-ə istinadən xəbər verir ki, təlimlər bu gün Orenburq şəhəri yaxınlığında "Dongoz" təlim sahəsində aparılıb.

 

Təlimlərə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, müavini Yunis-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da qatılıb.

 

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov da Putinlə birgə təlimləri müşayiət edib.

 

Təlimlərdə səkkiz ölkədən (Rusiya, Çin, Pakistan, Qırğızıstan, Hindistan, Qazaxıstan, Tacikistan və Özbəkistan) 128 minə yaxın hərbi qulluqçu, 20 mindən çox silah və hərbi texnika, 600-ə yaxın təyyarə,  15-dək hərbi gəmi iştirak edir.

 

Məlumata görə, təlimin keçirilməsində məqsəd beynəlxalq terrorizmlə mübarizəyə, orta Asiyada təhlükəsizliyin təmin edilməsinə hazırlığın nümayişidir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system