NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Psixoloqlar monotonluqdan xilas olmağın yolunu açıqlayıb

Oxundu: 713
Psixoloqlar monotonluqdan xilas olmağın yolunu açıqlayıb

Günlərin bir-birindən fərqlənmədiyi rutin həyat tərzinə dəyişikliklər etmək istəyirsizsə, ilk öncə bu vəziyyətə görə məsuliyyətin öz əlinizdə olduğunu anlamalısınız. Psixoloq Mixail Xorsun fikrincə, bu zaman nəsə dəyişdirməyə güc hiss edəcəksiniz.

 

"Kimsəsiz adadan çıxa bilmədiyini anlayan insan nə edir? O, bu məkanı tanımağa və özü üçün daha rahat və komfortlu bir yerə çevirməyə çalışır. Monoton həyatın içinə düşən insanın da vəzifəsi budur: vəziyyətə görə fikir çəkmək əvəzinə, anlayıb dəyişə bildiklərini dəyişmək".


İslminSesi-nin verdiyi xəbərə görə, Xorsun bu sözlərini RİA Novosti sitat gətirir.

 

Psixoloq bildirir ki, belə halda olan insan əsla özünü danlamamalıdır. O, öz məsuliyyətini dərk etməlidir. Bundan sonra dəyişikliklər etmək üçün güc və fürsətlər yaranacaq.

 

Xors hesab edir ki, kiçik şeylərdən də başlamaq olar: rəhbərlikdən yeni rahat kreslo istəmək, yeni iş yoldşlarıyla tanış olmaq, yaxud həmkarlarla birlikdə boulinqə getmək.

 

Psixoloq İlya Şabşin isə hesab edir ki, monoton günə motivasiya edici və ilhamlandırıcı məqsəd qatmaq olar. Məsələn, dekretə çıxmış qadın hər gün öz uşağında dəyişikliklər axtara bilər. Cavan ana, həmçinin, vaxtını hobbilərinə ayıra, onu rahatladacaq bir məşğuliyyət tapa bilər. O zaman həyatına yeni rəng qataraq günlərini daha rəngarəng və maraqlı edə bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system