NAMAZ VAXTLARI:
  • FƏCR 05:30
  • GÜN 06:51
  • ZÖHR 12:26
  • ŞAM 18:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi

Oxundu: 452
Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi

İslaminSesi bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir. Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) bəndləri əlavə olunur.
 
 
Təklif olunan dəyişiklik qeyd olunan maddələr nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərarın da qəbul edilməsini prokurorun səlahiyyətinə aid edilməsini nəzərdə tutur.
 
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system