NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:57
  • ZÖHR 12:40
  • ŞAM 19:40
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Problemli kreditlərlə bağlı yenilik - Adınızın siyahıda olub-olmadığını belə yoxlayın- VİDEO

Oxundu: 5370
Problemli kreditlərlə bağlı yenilik - Adınızın siyahıda olub-olmadığını belə yoxlayın- VİDEO

Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb.

"İslaminSesi.info" xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının portalında fiziki şəxs ona hesablanmış kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var. 

 

İşləmə mexanizmi isə belədir: borcu olan şəxs şəxsiyyət vəsiqəsini və mobil nömrəsini qeyd edəcək. Telefona şifrə gələcək və həmin şifrəni qeyd etməklə məlumatlara daxil olacaqsınız.

 

Linkə BURADAN daxil ola bilərsiniz.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılov deyib ki, kreditləri ödəmiş şəxslər onlara düşəcək kompensasiyanın necə hesablandığı və hesabına yatırılan pul barədə dəqiq məlumat əldə edəcəklər.

 

Onun sözlərinə görə, portalda vəsaitin yatırıldığı bank, kart hesabı göstəriləcək. Restrukturizasiya ilə bağlı məlumatlar da eynilə portalda öz əksini tapıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system