NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Probemli kreditin ödəniş tarixi mayın sonunda bitsə də...

Oxundu: 172
Probemli kreditin ödəniş tarixi mayın sonunda bitsə də...

Problemli kreditlər ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yanında yaradılan Apellyasiya Komissiyasının edilən müraciətlərə cavab verməməsilə bağlı şikayətlər var.

 

İslaminSesi Fins.az-a istinadən  xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib və qeyd edib ki, mövcud qaydalara əsasən, komissiya 30 iş günündə müraciətləri cavablandırmalıdır: “Yəni 30 gün deyil, 30 iş günü ərzində müraciətlərə baxılır. Bu baxımdan, hər bir müraciətçi ərizəsini təqdim etdiyi günü nəzərə almaqla Palatadan nə zaman cavab alacağını müəyyənləşdirə bilər. Müraciətlərə cavab hətta kompensasiyalar verilib qutardıqdan sonra gəlsə belə, bu, problem yaratmır.

 

Çünki müraciətinə müsbət cavab verilmiş kreditorlar üzrə kompensasiya ödənişi həyata keçiriləcək. Yəni, kompensasiyaların verilməsinin bu ayın sonu başa çatmasına baxmayaraq, Apellyasiya Komissiyası hər hansı bir probemli kreditə ödəniş edilməsi ilə bağlı iyun ayında qərar qəbul edərsə, o ödəniş həyata keçiriləcək”.

 

Ekspertin sözlərinə görə, bütövlükdə proses ilin sonunadək tamamlanacaq: “Komissiya müraciətə mənfi cavab verərsə, o zaman vətəndaşın həmin qərardan məhkəməyə müraciət etmək hüququ var. Bu o deməkdir ki, komssiyanın qərarı son mərhələ deyil”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system