NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Prezidentlərin Soçi görüşü niyə təxirə salındı? – Politoloq mühüm detalları açıqladı

Oxundu: 572
Prezidentlərin Soçi görüşü niyə təxirə salındı? – Politoloq mühüm detalları açıqladı

Nəzakət Məmmədova: “Üç ölkə prezidenti arasındakı görüşlər layihə üzrə həyata keçirilən işlərin hesabatı, eləcə də qarşıda duran işlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətlidir”

Xəbər verildiyi kimi, Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü təxirə salınıb.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Rusiya, Azərbaycan və İran prezidentlərinin bu həftəyə planlaşdırılmış Sammiti texniki səbəblərə görə başqa vaxta keçirilir”, - deyə D.Peskov bildirib.

 

Əlbəttə, Rusiya rəsmisinin göstərdiyi səbəb bir qədər diplomatik təsir bağışlayır.

Bəs sözügedən görüşün təxirə salınmasının görünməyən səbəbləri haqda nə demək olar? Ümumiyyətlə, sayca 3-cü olan bu görüşün tərəflər üçün nə kimi əhəmiyyəti var?

 

Fikirlərini İslaminSesi-nə açıqlayan politoloq Nəzakət Məmmədova əvvəlcə Soçi görüşlərinin əhəmiyyətinə toxundu. Və dedi ki, bu görüşlər regional üçtərəfli əməkdaşlıq, iqtisadi əlaqələr, kommunikasiyaların inkişafı baxımından əhəmiyyətlidir:

“Şimal-cənub dəhlizi Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır. "Yaradacağımız “Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını təmin edəcəkdir" deyə prezident Əliyev 3 il öncə qeyd etmişdi. Bu dəhliz Hindistandan Yaxın Şərq və Qafqaza, Mərkəzi Asiya və Avropaya qədər uzanan geniş ərazini birləşdirən layihədir.

 

Gəmi, quru və dəmir yolları Hindistanın Mumbay limanı ilə İranın Bandea Abbas limanlarını, həmçinin Bakı, Həştərxan, Moskva, Sankt-Peterburq yollarını birləşdirərək Avropa və Skandinaviyaya uzanmalıdır.

Üç ölkə prezidenti arasındakı görüşlər layihə üzrə həyata keçirilən işlərin hesabatı, eləcə də qarşıda duran işlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətlidir”.

 

N.Məmmədova Soçi görüşünün təxirə salınması ilə bağlı ehtimallara da toxunaraq qeyd etdi ki, bu, Rusiyada baş verən eritazlarla əlaqədardır: “Ola bilsin ki, prezident Putin bütün görüşləri, tədbirləri təxirə salıb. O, paytaxtı tərk edəcəyi təqdirdə iğtişaşlara birbaşa nəzarət imkanını itirə, habelə prezidentin paytaxtda olmaması müxtəlif şayiələrə, dezinformasiyalara səbəb ola bilər. Ona görə də böyük ehtimalla prezidentlərin üçtərəfli görüşünün bu səbəbdən təxirə salındığını söyləmək olar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system