Prezident Suraxanının icra başçısına yeni vəzifə verdi

Oxundu: 61
Prezident Suraxanının icra başçısına yeni vəzifə verdi

İlqar Namaz oğlu Abbasov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

İslaminSesi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Suraxanı rayonundakı vəzifəsini itirən İlqar Abbasov da işsiz qalmayıb. Ölkə başçısı onu Şirvan şəhərinə icra başçısı göndərib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system