NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pompeo:"ABŞ yaxın günlərdə Yaxın Şərq üzrə Sülh planını açıqlaya bilər"

Oxundu: 347
Pompeo:

“Donald Tramp Administrasiyası yaxın günlərdə Yaxın Şərq üzrə Sülh planını açıqlaya bilər”.

 

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

 

Onun sözlərinə görə, sözügedən plan yaxın həftələrdə ortaya qoyula bilər.

 

Qeyd edək ki, bir gün əvvəl Tramp beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblattın istefasını elan edib. Lakin C.Greenblattın Yaxın Şərq üzrə hazırladığı Sülh planının elan olunacağı barədə heç bir fikir söyləməyib.

 

Xatırladaq ki, Trump Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqdan, həmçinin Amerika səfirliyini bu şəhərə köçürəndən sonra fələstinlilər artıq Ağ Evlə rəsmi təmasları praktik olaraq dondurub. Bu arada ABŞ rəhbərliyi parallel olaraq Vaşinqtonda yerləşən Fələstin Azadlıq Təşkilatını da bağlamışdı. (Strateq.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system