NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Pompeo Moskva səfərini ləğv edib Brüsselə getdi

Oxundu: 433
Pompeo Moskva səfərini ləğv edib Brüsselə getdi

ABŞ dövlət katibi Mayk Pompeo planlaşdırdığı Moskva səfərini ləğv edib.

 

“İslaminSesi” xəbər verir ki, Reuters-in məlumatına görə bu barədə  ABŞ Dövlət Departamentinin rəsmisi məlumat verib.

 

Adının çəkilməsini istəməyən şəxs bildirib ki, Pompeo Vaşnqtondan ayrılıb. O, Avropa rəsmilərinin İran müzakirələrində iştirak etmək üçün Brüsselə gedib.

 

Həmçinin bildirilib ki, Mayk Pompeo sabah Soçidə Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüşəcək.

 

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeonun bu gün Moskvaya rəsmi səfəri nəzərdə tutulurdu. Lakin o Brüsselə səfər edib.

 

Qeyd edək ki, bu gün Britaniya XİN başçısı Ceremi Hant Fransa və Almaniya həmkarlarıyla, eləcə də Aİ diplomatiya başçısı Federika Mogerini ilə Brüseldə İranla bağlı görüş keçirəcək.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system