Pompeo İrana qarşı tətbiq edilən silah embarqosunun bitməyindən narahatdır

Oxundu: 75
Pompeo İrana qarşı tətbiq edilən silah embarqosunun bitməyindən narahatdır

ABŞ Dövlət katibi Mayk Pompeo, BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi silah embarqosunun vaxtının bitməsindən narahat olduğunu bildirib.

 

İslaminSesi.info xəbər verir ki, sionist böyükləri ilə görüşmək üçün Fələstinə gələn Dövlət katibi bu barədə öz Tvitter hesabında paylaşım edib.

 

O bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı tətbiq etdiyi silah embarqosunu yeniləməlidir.

 

Pompeo fikirlərini belə ifadə edib:

 

“Yarımçıq qalmış nüvə anlaşmasına görə İrana tətbiq edilən silah emarqosunun vaxtı gələn il bitir. Bizim kimi böyük ölkələrdən olan Çin və Rusiya artıq İrana silah sata biləcək. İran rejmi istədiyi ölkəyə mürəkkəb silahlar sata biləcək. Bu da Orta Şərqdə silah yarışının səviyyəsini qaldıracaq.”

 

 

“Əgər İran barısində harahatlığı olan kimsələrdənsinizsə, o zaman İranın raketlər, dronlar, təkmilləşdirilmiş tanklar və qırıcı təyyarələrlə nələr edə biləcəyini düşünün" deyən Pompeo təəssüfləndiyini bildirib.

 

 Xatırladaq ki, 1979-cu il İran İslam İnqilabından sonra 1980-ci ildən bu yana tətbiq edilən hərtərəfi embarqolar 40 ildir davam edir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system