NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

''Polislər dedi, səni lüt soyundurub videoya çəkərik'' - Polis bölməsində dəhşətli işgəncə

Oxundu: 3908
"

“Polislər məni döydülər, söydülər, mənə dedilər səni lüt soyundurub youtube-a çəkərik, biabır eləyərik”.

Biləsuvarda köçkünlərin yaşadığı 6 saylı qəsəbədə oğurluq hadisəsi olub. Bu hadisəyə görə 3-cü qəsəbədə yaşayan Rövşən Ağayev martın2-də Cəbrayıl rayon polis şöbəsinə aparılıb. O, cinayəti boynuna götürməsi üçün şöbədə 4 saat döyüldüyünü deyir. Gəncin atası bildirir ki, Cəbrayıl rayon polis şöbəsinin rəisi Araz Şahverdiyevin onların ailəsi ilə ədavəti var. Keçmiş icra başçısının əleyhinə danışdığı üçün əvvəllər onun qardaşını polisə aparıb döyüblər.


“Məni döyüb deyirdilər ki, cinayəti boynuna al, çıx get evinə. Başımı tutub stola vururdular. Neyləmirdilər ki, mənə?! Böyrəklərimə, qollarıma vururdular. Stola qaldırırdılar, dirsəklə vururdular. Stolda Sabit, Sahib (polis işçiləri) məni təpikləyirdi. Nazir (polis işçisi) gəlib yumruqlayırdı”.

 

 

Oğurluq etmədiyini deyən Rövşən Ağayev daha sonra sərbəst buraxılıb. Aldığı yaralara görə ailəsi onu Cəbrayıl rayon Mərkəzi xəstəxanasına yerləşdirib. Oradan İmişli rayon Mərkəzi Xəstəxanasına aparılan Rövşən daha sonra Bakıya, Respublika Klinik Xəstəxanasına gətirilib. Polis şöbəsində döyülməsi ilə bağlı şikayət edib. Cəbrayıl rayon prokurorluğunun müstəntiqi onun ifadəsini alıb. Rövşən Ağayev polis şöbəsinin rəisi Araz Şahverdiyev də daxil olmaqla onu döyüb, təhqir edənlərin işdən çıxarılmasını tələb edir.


Cəbrayıl rayon polis şöbəsinin növbətçi hissəsindən bildirirlər ki, hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır. Bu barədə şöbənin əməkdaşları danışa bilməzlər.

 

Rövşən Ağayev isə 15 ildir yaşadığı qəsəbəyə qayıtmağı düşünmür. Qayıdarsa, qorxusuz yaşayacağına inanmır. 

 

Sözügedən olayla bağlı İslaminSesi redaksiyasına DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev tərəfindən rəsmi açıqlama göndərilib. Rəsmi açıqlamada deyilir: 

 

Bəzi xəbər saytlarında  Cəbrayıl sakini Rövşən Ağayevin guya polis şöbəsində döyülməsi ilə bağlı yayılmış iddialara  cavab olaraq bildiririk ki, yayılan bu məlumatlar polis əməkdaşlarının ünvanına söylənilən iftiradır və həqiqəti əks etdirmir.

 

Belə ki, vətəndaş Rövşən Ağayev Cəbrayıl Rayon Polis Şöbəsinə ərazidəki bir vətəndaşın evinə qanunsuz daxilolma faktı üzrə şübhəli şəxs qismində gətirilib. Bir saat sonra o polis şöbəsini tərk edib. Faktın qərəzliliyini həm də o sübut edir ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından verilən arayışda sözügedən şəxsin üzərində heç bir xəsarət olmadığı öz əksini tapıb.

 

Hazırda Cəbrayıl Rayon Prokurorluğunda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system