Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMA
Oxundu: 64
10:18, 18.11.2019
Vəkil Cavid Sultanov örtük çəkilən avtomobillərlə bağlı cərimənin BDYPİ tərəfindən ləğv edilməsi barədə yayılan informasiyanı əsassız hesab edir.
İslaminSesi E-huquq.az - a istinadən xəbər verir ki, bu barədə C. Sultanov açıqlama yayıb.
Açıqlamada bildirilir:
"Son günlərdə sosial şəbəkələrdə BDYPİ-nin adından yazıldığı göstərilən müraciətin mətni yayılmışdır. Bununla bağlı aşağıdakıları bildirmək istəyirəm:
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 7-ci bəndinin Qeyd hissəsinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.
İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.
Göründüyü kimi, noyabrın 15-dən sonra qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə məsuliyyət müəyyən edildiyindən və hazırda həmin normalar qüvvədə olduğundan icra olunmalıdır".
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Bu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDU 11:53, 12.12.2019
-
Bakı metrosunda bir nəfər qatar yoluna atıldı — VİDEO 11:22, 12.12.2019
-
Onlar növbədənkənar seçkidə deputatlığa namizəd olmayacaq – Dəqiqləşən adlar... 11:18, 12.12.2019
-
Bakıda qalmaqallı görüntülər - sürücünün "ayağı" polisin əlində qaldı - VİDEO 11:08, 12.12.2019
-
Mehman Hüseynov polisə çağırıldı - SƏBƏB 11:05, 12.12.2019
-
KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO 10:54, 12.12.2019
-
Bakıda bəzi yollar bağlandı - SİYAHI 10:26, 12.12.2019
-
Bakıda yaşayış binasında yanğın: 70 nəfər təxliyə olundu 10:08, 12.12.2019
ŞƏRH YAZIN